AZ

İran hakimiyyəti internetlə bağlı geri addım atdı

İran hakimiyyəti xarici saytlara giriş məhdudiyyətlərini aradan qaldırmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bəzi İran mobil telefon abunəçiləri yenidən digər ölkələrin veb saytlarına baxa biləcəklərini müşahidə ediblər. Lakin, bəzi veb saytlar üçün məhdudiyyətlər hələ də qüvvədədir.

İran hakimiyyəti daha əvvəl internetə çıxışın yaxın həftələrdə bərpa olunacağını bildirmişdi .

Ölkədə internetin bağlanması xarici mesajlaşma tətbiqlərinin təsirini azaltmaq cəhdləri ilə əlaqələndirilib və bu da etirazların kütləvi iğtişaşlara çevrilməsinə səbəb olub.

Seçilən
72
publika.az

1Mənbələr