Bakı. Trend:
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina ArmenqolSosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.
Trend xəbər verirki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər ƏliyevBeynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətiniMilli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiriRamiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiriKristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose PedroTorrubia və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizinrəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfliəlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsiaparılacaq.