AZ

Pakistandakı yanğında ölənlərin sayı artdı


Pakistanın cənubunda yerləşən Karaçi şəhərindəki “Gül Plaza” ticarət mərkəzindəki yanğın nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo TV” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 67-yə çatıb.
Xatırladaq ki, yanvarın 17-si Karaçinin sıx məskunlaşmış ərazisində yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğın yalnız üç gün sonra tamamilə söndürülüb.
Əvvəlki məlumatlarda 60 nəfərin öldüyü bildirilirdi. Həkimlərin sözlərinə görə, indiyə qədər 15 qurbanın kimliyi müəyyən edilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında 80-dən çox insanın qaldığı ehtimal olunur.
Seçilən
84
yeniavaz.com

1Mənbələr