"Real Madrid" dünyanın ən çox gəlir gətirən futbol klubu titulunu qoruyub saxlamağa davam edir.
"Unikal" xəbər verir ki, madridlilər ardıcıl üçüncü ildir 1 161 milyard avro gəlirlə birinci yerdə qərarlaşıblar.
İspaniya təmsilçisi klub tarixində ikinci dəfədir ki, bir milyarddan çox gəlir əldə etməklə rekord qırır.