AZ

Səudiyyə klubu Vinisiusa 1 milyard avro ödəməyə hazırdır

“Real Madrid”in hücumçusu Vinisius Junior yaxın günlərdə komandada çıxışını davam etdirmək istədiyini açıqlasa da, onun gələcəyi ilə bağlı müzakirələr səngimək bilmir.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubları Vinisiusu heyətinə qatmaq üçün ciddi maraq göstərir. Braziliyalı futbolçuya əsas namizəd Ciddə təmsilçisi “Əl-Əhli” klubudur.

Sözügedən klub Vinisius Juniora ümumi dəyəri 1 milyard avro olan rekordmüddətli müqavilə təklif etməyə hazırdır. Futbolçunun yaxın ətrafı artıq bir ildən çoxdur Səudiyyə Ərəbistanı tərəfi ilə təmasdadır.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə mövcud müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.

Seçilən
12
90deqiqe.az

1Mənbələr