AZ

Onlarda sayğacların dəyişdirilməsi məcburi oldu

Almaniyada 2027-ci ilə qədər çoxmənzilli binalar üçün məsafədən oxuna bilən istilik sayğacların quraşdırılması məcburi olub.Metbuat.az xəbər verir ki, yeni rəqəmsal dövrə uyğunlaşa bilməyən və kirayəçilərinə aylıq istehlak hesabatları təqdim etməyən əmlak sahibləri cərimələr ilə üzləşəcəklər. Məlumata görə, layihənin icrası barədə qərar 5 il əvvəl qəbul edilib. Qəbul edilmiş hüquqi tənzimləməyə əsasən, mərkəzi istilik sistemləri olan çoxmənzilli binalarda köhnə tipli sayğacların istifadəsi yekunlaşır. Yeni qaydalara əsasən binalarda yalnız məsafədən oxuna bilən rəqəmsal sistemlərin istifadəsi qanuni tələb olacaq. Bu, sayğac oxuyucularının mənzillərə daxil olmasına ehtiyacı aradan qaldıracaq və məlumatların rəqəmsal şəkildə toplanmasını təmin edəcək.

Rəqəmsal sayğacların quraşdırılması və investisiya xərcləri ev sahibləri tərəfindən ödəniləcək. Bu xərclərin kirayəçilərə ötürülməsinə icazə verilmir.

Seçilən
112
metbuat.az

1Mənbələr