AZ

“Fənərbağça” “Aston Villa”ya uduzdu, “Lion”dan qələbə

Avropa Liqasında VII turun oyunları başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, turnirin lider komandalarının çıxışı diqqət mərkəzində olub.

Səfərdə “Fənərbağça” ilə qarşılaşan “Aston Villa” çətin oyun keçirsə də, minimal hesabla qalib gəlib – 1:0. İngiltərə təmsilçisinə qələbəni 25-ci dəqiqədə Cedon Sanço qazandırıb.

“Lion” səfərdə “Yanq Boyz” üzərində tam üstünlük nümayiş etdirərək, eyni hesabla qələbə qazanıb – 1:0. Fransız klubunun yeganə qolunu 45-ci dəqiqədə Einsli Meytlend-Nayls vurub.

“Midtyullann” səfərdə “Brann”a qarşı üç qol vurmasına baxmayaraq, əlavə olunmuş vaxtda buraxdığı qolla qələbəni əldən verib – 3:3.

Turnir cədvəlinə nəzər salsaq, liderlər “Aston Villa” və “Lion” hərəyə 18 xalla zirvədə qərarlaşıblar.

Seçilən
16
90deqiqe.az

1Mənbələr