AZ

Avropa Liqası: "Fənərbağça" evdə "Aston Villa"ya məğlub olub

Bakı, 23 yanvar, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində VII tura start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu doğma meydanda İngiltərə təmsilçisi "Aston Villa"nı qəbul edib.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 25-ci dəqiqədə Ceydon Sanço vurub.

Hazırda İstanbul klubu 11 xalla 16-cı pillədə qərarlaşıb.

"Aston Villa" isə 18 xalla 2-ci yerdədir.

Seçilən
81
4
azertag.az

5Mənbələr