AZ

Tramp Konqresdə Respublikaçıların çoxluğunun qorunmasının çətin ola biləcəyini etiraf edib

ABŞ prezidenti aralıq seçkilərdə hakim partiyanın adətən mövqelərini itirdiyini xatırladıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilk prezidentlik ilini öz qiymətləndirməsinə görə uğurlu hesab etməsinə baxmayaraq, qarşıdan gələn aralıq seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki çoxluğunu qoruyub saxlamaqda çətinliklərlə üzləşə biləcəyini bildirib. O, bunu son yüz il ərzində formalaşmış sabit tarixi tendensiya ilə izah edib.

Tramp Fox Business telekanalına müsahibəsində qeyd edib ki, bu prosesin məntiqini tam anlamaq çətindir.

“Mən bunun necə baş verdiyini tam başa düşmürəm, amma son 100 ilə baxsaq görərik ki, prezidentlər, istər respublikaçı, istər demokrat olsunlar, həm də nə qədər yaxşı işləmələrindən asılı olmayaraq aralıq seçkilərdə tez-tez çoxluğu itiriblər”, deyə Tramp buldirib.

ABŞ prezidenti hazırkı prezidentliyini uğurlu hesab etdiyini vurğulayıb və əlavə edib ki, hətta siyasi rəqibləri belə administrasiyasının ilk ilinin nəticələrini etiraf edirlər. Bununla yanaşı, Tramp xatırladıb ki, oxşar vəziyyətlər əvvəllər demokrat prezidentlərin dövründə də yaşanıb. Onun sözlərinə görə, həmin prezidentlər də fəaliyyət göstəriciləri baxımından müsbət qiymətləndirilsələr də, aralıq seçkilərdə Konqresdəki mövqelərini itiriblər.

Trampın fikrincə, bu tendensiya ABŞ siyasi sistemində uzun illərdir mövcud olan bir reallıqdır və hakim partiyanın fəaliyyətinin keyfiyyətindən asılı olmayaraq seçicilərin aralıq seçkilərdə balansı dəyişmək meyli ilə bağlıdır.

Poliqon.info

Seçilən
107
poliqon.info

1Mənbələr