AZ

“Özümü gözəl hesab etmirəm” - Nura Suri

"Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram. Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm".

"Yeni Sabah" xəbər verir ki, bunu müğənni Nura Suri sosial media hesabında paylaşıb.

"Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri. İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram" - Nura Suri yazıb. 


Telegram kanalımız
Seçilən
54
yenisabah.az

1Mənbələr