AZ

Kobaxidze: Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasını alqışlayırıq

BAKI, 23 yanvar. TELEQRAF

Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İrakli Kobaxidze “İmedi” telekanalının efirində çıxışı zamanı danışıb.

Baş nazirin sözlərinə görə, Gürcüstan tranzit funksiyasının inkişafına böyük həcmdə investisiyalar yatırır. Bu investisiyalar avtomobil yollarını, limanları, hava limanlarını və digər infrastruktur obyektlərini əhatə edir və tranzitin davamlı artımı ilə bağlı müsbət gözləntilərə əsaslanır.

Kobaxidze qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev hazırda Gürcüstan üzərindən həyata keçirilən yükdaşımaların gələcəkdə Ermənistan dəhlizinə yönələ biləcəyi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən istifadə etməklə yüklərin Rusiyaya tranzitini istəyib. Gürcüstan Yerüstü Daşıyıcılar Assosiasiyası isə hesab edir ki, ölkə qısamüddətli perspektivdə ümumi yük dövriyyəsinin 20 faizini itirə bilər.

Baş nazir bu iddiaları spekulyasiya adlandıraraq vurğulayıb ki, son 5 il ərzində Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 7 dəfə artıb. Onun fikrincə, bu artım fonunda alternativ dəhlizlər Gürcüstanın tranzit rolunu zəiflətmir, əksinə onu tamamlayır.

Kobaxidze əlavə edib ki, Gürcüstan gələcəkdə də ölkənin tranzit imkanlarının genişləndirilməsi üçün maksimum investisiya yatırmağa davam edəcək.

Seçilən
75
teleqraf.com

1Mənbələr