AZ

“Braqa” və “Nitsa”dan qələbə

Avropa Liqasının VII turu çərçivəsində qarşılaşmalar başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Tiagu Qoveia  "Qo Ehed İqlz" ilə oyunda dubl edərək “Nitsa”ya vacib qələbə qazandırıb. Fransa təmsilçisi bu nəticə sayəsində altı oyunluq məğlubiyyət seriyasına son qoyub, turnir cədvəlinin son pilləsini tərk edib – 3:1.

Digər görüşdə “Braqa” doğma meydanda “Nottingem Forest”i minimal hesabla məğlub edib. Qarşılaşmada Mörqan Qibbs-Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Ardınca baş tutan cavab hücumunda Rayan Yeytsin toxunuşundan sonra top “meşəçilər”in qapısından keçib – 1:0.

Seçilən
30
90deqiqe.az

1Mənbələr