AZ

"Real Madrid" ekoloji cinayətdə ittiham olundu

Məhkəmə "Real Madrid" futbol klubuna qarşı ətraf mühitin səs kirliliyi ilə bağlı ekoloji cinayətdə ittiham edib.

Publika.az bu barədə "El Confidencial" nəşrinə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, məhkəmənin əlində sübutlar var ki, komandaya məxsus "Santyaqo Bernabeu" stadionunda keçirilən hər bir konsert zamanı səs səviyyəsi qanunla icazə verilən həddən artıq olub.

2019-2024-cü illərdə "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılıb ki, bu da klub üçün təxminən 1.7 milyard avroya başa gəlib. Yenidənqurma sayəsində "Real Madrid" stadionda konsertlər təşkil etmək və gəlir əldə etmək imkanı qazanıb.

Seçilən
77
publika.az

1Mənbələr