AZ

Tramp “Sülh Şurası”nın Kanadaya göndərilən dəvəti geri çağırdı

BAKI, 23 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp “Sülh Şurası”nın Kanadanın bu beynəlxalq quruma qoşulması üçün göndərilmiş dəvəti geri çağırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib.

O, Kanadanın baş naziri Mark Karniyə ünvanladığı məktubda “Sülh Şurası”nın əvvəl göndərilmiş dəvəti rəsmi şəkildə geri götürdüyünü qeyd edib.

ABŞ prezidenti bu qərarın səbəblərini açıqlamayıb.

Seçilən
20
teleqraf.com

1Mənbələr