AZ

ABŞ Konqresi Venesuelaya qarşı hərbi gücün məhdudlaşdırılması ilə bağlı qətnaməni rədd edib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampınadministrasiyasına Venesuelaya qarşı Konqresin təsdiqi olmadanhərbi güc tətbiq edilməsini qadağan edən birgə qətnaməni rəddedib.

Trend xəbər verirki, sənəd üzrə səsvermədə 215 konqresmen lehinə, 215 nəfər isəəleyhinə səs verib.

Səs çoxluğu təmin olunmadığı üçün qətnamə qəbul edilməyib.

Qeyd edək ki, ötən həftə ABŞ Senatı da analoji qətnamənibloklayıb. Sənədi 50 senator dəstəkləyib, 50 senator isə əleyhinəsəs verib. Senata sədrlik edən ABŞ-nin vitse-prezidenti Cey Di VensKonstitusiyaya əsasən həlledici səsvermə hüququndan istifadəedib.

Birgə qətnamənin qanun qüvvəsi alması üçün Konqresin hər ikipalatası tərəfindən qəbul edilməsi və prezident tərəfindəntəsdiqlənməsi tələb olunur.

Seçilən
198
3
az.trend.az

4Mənbələr