AZ

Tramp Sülh Şurasının Kanadaya göndərilmiş dəvəti geri çəkdiyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Sülh Şurası Kanadanın Baş naziri Mark Karniyə ünvanlanan ölkəsinin beynəlxalq struktura qoşulması ilə bağlı dəvəti geri çəkib.

"Report"un məlumatına görə, müvafiq paylaşım Ağ Evin rəhbərinin "Truth Social" sosial şəbəkə hesabında yerləşdirilib.

"Hörmətli baş nazir Karni, xahiş edirəm, bu məktubu Kanadanın indiyə qədər mövcud olmuş ən nüfuzlu liderlər şurasına qoşulmaq üçün sizə göndərilmiş dəvətin geri çəkilməsi barədə rəsmi bildiriş kimi qəbul edin", - Tramp qeyd edib.

Xatırladaq ki, 22 yanvar tarixində Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan da daxil olmaqla, 19 ölkənin nümayəndələri Qəzza sektorunda sülhün təmin olunması məqsədilə yaradılan "Sülh Şurasının Nizamnaməsi"ni imzalayıb. Tramp bildirib ki, təşkilata digər dövlətlər də qoşulub. Sülh Şurası Qəzza sektorunun idarə olunması üçün yaradılıb, lakin onun digər regionlarda münaqişələrin qarşısının alınması və həll olunması ilə də məşğul olması nəzərdə tutulur.

Seçilən
78
2
far.az

3Mənbələr