AZ

Penzada PUA hücumu nəticəsində neft bazasında yanğın baş verib

BAKI, 23 yanvar. TELEQRAF

Penzada pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində neft bazasında yanğın qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Penzə vilayətinin qubernatoru Oleq Melniçenko özünün "Telegram" kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, hadisə səhər saat 4 radələrində baş verib. İlkin məlumatlara əsasən, hücum nəticəsində ölən və yaralanan olmayıb. Hadisə yerində 46 nəfərlik şəxsi heyət və 14 texnika cəlb olunmaqla yanğınsöndürmə briqadaları çalışır.

Melniçenko vəziyyətin inkişafı barədə əlavə məlumat veriləcəyini bildirib.

Seçilən
97
teleqraf.com

1Mənbələr