"Oyunçularım bu gün qəhrəmanlıq etdi".
Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın "Ordu"nu məğlub etdikləri oyundan sonra deyib.
O, sözlərinə belə davam edib:
"Ordu" həqiqətən də güclü komandadır. Həmişə yüksək səviyyədə basketbol oynayırlar. Bu dəfə biz onların oyununu oxuduq və qalib gəldik. Son vaxtlar yüksəlişdəyik. Kubokda NTD-ni məğlub etməklə enerji topladıq və bu artıq bizim ardıcıl 3-cü qələbəmizdir. Doğrudur, bir az sıx təqvimlə üzləşmişik. Ümid edirəm ki, tempi qoruyub saxlayacağıq. Mövsümdə hədəflərimizə gəlincə, mümkün qədər yüksək yerlər tutmaq arzusundayıq. Hazırda 3-cü sırada qərarlaşmışıq və bu ugurlu nəticəni pley-in və pley-offda da davam etdirmək istəyirik"
Qeyd edək ki, "Sumqayıt" cari mövsümdə "Ordu"nu məğlub edən ilk komanda olub.