Misli Premyer Liqasında qış fasiləsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, bu gün XVII tura start veriləcək.
Açılış matçında "İmişli" "Araz-Naxçıvan"ı qəbul edəcək.
İlk dövrədəki oyunda Naxçıvan təmsilçisi oyunda 2:0 hesablı qələbə qazanmışdı.
Bu oyun Andrey Demçenkonun Muxtar Respublika komandasında debüt oyunu olacaq.
"Araz-Naxçıvan" 26 xalla 6-cı, "İmişli" isə 17 xalla 9-cu yerin sahibidir.
Misli Premyer Liqası, XVII tur
23 yanvar (cümə)
14:30 “İmişli” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba OİK stadionu