AZ

Trampdan İrana HƏDƏ: “ABŞ hərbi dəniz qüvvələri Fars körfəzində...”

ABŞ prezidenti Donald Tramp  iddia edib ki, hərbi müdaxilə perspektivi geri çəkilsə də, Amerika hərbi-dəniz donanması armadası Fars körfəzinə doğru irəliləyir və Tehrana təzyiq göstərir.

Bakıvaxtı.az “Le Figaro.fr”ə istinadən xəbər verir ki, ABŞ prezidenti İranda son etiraz hərəkatına qarşı edilən basqılara cavab olaraq dəfələrlə İranı zərbə endirəcəyi ilə hədələyib, lakin Tehranın etirazçıların edamını dayandırdığına əmin olduqdan sonra ötən həftə bu təhdiddən geri çəkilib.

O, cümə axşamı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıdan prezident təyyarəsi “Air Force One" da jurnalistlərə bildirib ki, ehtiyac olarsa, bu istiqamətdə çoxlu gəmimiz var :

"Mən heç nə baş verməməsini istərdim, amma biz onları çox yaxından izləyirik".

ABŞ prezidenti bölgəyə göndərilən donanmanın xarakteri barədə ətraflı məlumat verməyib, yalnız "armada" və "böyük qüvvə "dən bəhs edib . O, Tehranla müzakirələrə açıq olduğunu əlavə edərək, deyib :

"Bəlkə də biz bundan istifadə etməli olmayacağıq".

Bu açıqlamalar, İranın ali liderinin ideoloji qolu və son dərəcə mütəşəkkil silahlı qüvvə olan İnqilab Keşikçilərinin rəhbərinin İsrail və ABŞ-ı "acılı aqibətlə" hədələməsi və qüvvələrinin "tətiyi ələ aldığını" bildirməsindən sonra gəlir .

Qeyd edək ki, İranda 28 dekabrda başlayan etirazlar yanvarın 8-də İslam Respublikasına açıq şəkildə meydan oxuyaraq, əhəmiyyətli dərəcədə genişləndi, daha sonra zorakılıqla yatırıldı. İran dövlət televiziyası, İran Şəhidləri və Veteranları Fonduna istinadən, 3117 nəfərin öldürüldüyünü açıqladı ki, bu da insan haqları müdafiəçilərinin bildirdiyi rəqəmlərdən xeyli azdır.

Seçilən
56
1
bakivaxti.az

2Mənbələr