Primoryenin Naxodka şəhərinin Astafyev rayonu qara qarla örtülüb.
Publika.az xəbər verir ki, görüntülər "Amur Mash" "Telegram" kanalı tərəfindən yayımlanıb.
“Ətraf hər yeri kömür tozu bürüyüb: qar yığınları, səkilər, həyətlər, avtomobillər və uşaq karuselləri qəfil qaralıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, Sənaye (Promışlennaya) küçəsinin sakinləri gündə bir neçə dəfə məcburən pəncərə altlıqlarını və mebelləri silirlər.