AZ

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikalı alimlər gün ərzində enerji səviyyəsinin ən çox aşağı düşdüyü dəqiq vaxtı müəyyən ediblər — saat 14:06. Məhz bu anda insanların əksəriyyəti özlərini ən çox yorğun hiss edir.

Bizimyol.info xəbər verir ki, bu qənaət ABŞ-da 2000 nəfərin iştirakı ilə aparılan sorğunun nəticələrinə əsaslanır.

Sorğu həmçinin göstərib ki, enerji çatışmazlığı birbaşa xoşbəxtlik səviyyəsinə və gəlirlərə təsir edir. İştirakçıların dörddə üçü bildiriblər ki, özlərini daha gümrah hiss etsəydilər, daha çox pul qazana bilərdilər. Daha 71% isə enerji səviyyələri yüksək olsaydı, daha xoşbəxt olacaqlarını deyib.

Sorğuda iştirak edənlərin təxminən yarısı yaş artdıqca enerjilərinin azaldığını qeyd edib. Onların sözlərinə görə, yorğunluq artıq nadir hal deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Enerji çatışmazlığı ən çox fiziki aktivliyə mane olur. Respondentlərin 44%-i istədikləri qədər idmanla məşğul ola bilmədiklərini etiraf edib. Daha 34% isə yorğunluq səbəbindən dostları və yaxınları ilə daha az vaxt keçirdiklərini bildirib. Təmiz havada gəzinti və ev yeməklərinin hazırlanmasına da bu səbəb mənfi təsir göstərir.

Sorğuda iştirak edənlərin təxminən hər ikincisi sevdikləri işlərlə məşğul olmaq üçün özlərini həddən artıq tükənmiş hiss etdiklərini deyib. Respondentlərin yarıdan çoxu yorğunluğun həm iş, həm də məişət tapşırıqlarını yerinə yetirmək qabiliyyətini azaltdığını vurğulayıb. Dörddə biri isə adi iş günündən sonra tamamilə taqətdən düşdüyünü bildirib.

Bir çox insan enerji çatışmazlığı səbəbindən özünü günahkar hiss edir. Bu hiss ən çox idmandan və aktiv həyat tərzindən imtina etdikdə yaranır. Həmçinin insanlar evlərinə, özlərinə kifayət qədər vaxt ayıra bilmədiklərinə və yaxınları ilə az vaxt keçirdiklərinə görə də özlərini qınayırlar.

Əgər sorğuda iştirak edənlərin sərəncamında tükənməz enerji mənbəyi olsaydı, əksəriyyəti onu şəxsi həyata sərf edərdi. Ən populyar cavab isə ailə üzvləri və dostlarla daha çox vaxt keçirmək arzusu olub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr