AZ

ABŞ Qrenlandiyanın resurslarına çıxış hüququna malik olmalıdır - vitse-prezident

ABŞ Qrenlandiyanın resurslarına çıxış hüququna malik olmalıdır - vitse-prezident

ABŞ Qrenlandiyanın təhlükəsizliyini təmin etdiyi üçün adanın təbii sərvətlərinə çıxış hüququna sahib olmalıdır.

AFN.az xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Newsmax” telekanalına müsahibəsində səsləndirib.

Vens bildirib ki, Vaşinqton Qrenlandiyanın zəngin mineral və təbii resurs potensentində pay sahibi olmağı məqsədəuyğun hesab edir:

“Biz qoruduğumuz, minerallarla və müxtəlif resurslarla zəngin olan bu ərazinin sərvətlərində paya malik olmaq istəyirik”, – deyə o vurğulayıb.

Vitse-prezidentin sözlərinə görə, Qrenlandiyanın təhlükəsizliyini əslində Danimarka deyil, ABŞ-ın hərbi gücü təmin edir. Vens məsələni milli təhlükəsizlik aspektindən də izah edib:

“Əgər hər hansı ölkə ABŞ-a doğru qitələrarası ballistik raket buraxsa, Arktikaya nəzarət olmadan raketdən müdafiə sistemimiz ciddi şəkildə zəifləyər”, – deyə vitse-prezident qeyd edib.

O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp hazırda Qrenlandiya ilə bağlı mümkün razılaşmanın detalları üzərində işləyir.

Seçilən
14
afn.az

1Mənbələr