AZ

Rusiya ordusu Ukraynanın iki vilayətində irəliləyir

BAKI, 23 yanvar. TELEQRAF

Rusiya ordusu Ukraynanın Xarkov və Donetsk vilayətlərində irəliləyir.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Xarkov vilayətinin Sinelnikovo yaşayış məntəqəsi ərazisində irəliləyib. Bu kənd vilayətin Vovçansk şəhər icmasında yerləşir.

Rusiya ordusunun Donetsk vilayətinin Sinelnikovye yaşayış məntəqəsi ərazisində də irəlilədiyi qeyd olunur.

Seçilən
47
teleqraf.com

1Mənbələr