AZ

Yenə əlləri ilə gündəm oldu

ABŞ Prezidenti Donald Trampın Davosda çıxışı zamanı sol əlinin üst hissəsində təzə və iri göyərmə izləri müşahidə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Metro qəzeti yazıb.

Qeyd edək ki, bu Trampla bağlı ilk oxşar hal deyil.

Yanvarın 1-də The Wall Street Journal yazmışdı ki, Tramp əllərindəki göyərmələri gizlətmək üçün kosmetik vasitələrdən istifadə edərək yaşlanmanın fiziki əlamətlərini və mümkün səhhət problemlərini ört-basdır etməyə çalışır. Nəşrin məlumatına görə, ABŞ prezidentinin müşavirləri son vaxtlar onun yaşının xarici əlamətlərinin daha qabarıq şəkildə üzə çıxdığını qeyd edirlər.

Belə ki, Respublikaçılar Partiyasının Miluokidə keçirilən qurultayı zamanı Trampın dərisi həddən artıq həssas olub və baş prokuror Pem Bondinin üzüyü ona təsadüfən toxunduqda qanaxma baş verib.

Dekabrın sonlarında isə Tramp hər iki biləyində oxşar göyərmə izləri ilə ictimaiyyət qarşısına çıxmışdı.

Bizim.Media 

Seçilən
34
bizim.media

1Mənbələr