AZ

ABL: XIV turun növbəti oyunları keçiriləcək

Azərbaycan Basketbol Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk matçı Qubada baş tutacaq.

Şəhərin eyniadlı komandası "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.

Günün ikinci görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.

"Naxçıvan" B qrupunda 23 xalla ikinci pillədə qərarlaşıb. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. 

ABL: XIII tura yekun vurulub

ABL: "Sabah"dan qələbə

ABL: Bu gün XIII tura yekun vurulacaq

“Neftçi”nin heyətində dəyişiklik: Braun gəldi, Marko və Perkoviç getdi

"Şəki" kapitanı ilə vidalaşıb

Seçilən
1
apasport.az

1Mənbələr