AZ

Təhsil tələbə krediti üzrə müraciət tarixləri elan olunub

2025–2026-cı tədris ili üzrə Təhsil Tələbə Krediti (TTK) proqramı çərçivəsində müraciət tarixləri elan edilib.

Bu barədə AzEdu.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, payız semestri üzrə müraciətlərin qəbulu üçün son tarix 31 yanvar 2026-cı il, saat 23:59 müəyyən edilib. Yaz semestri üzrə müraciətlər isə 1 fevral 2026-cı ildən etibarən qəbul olunacaq.

Həmçinin müraciətlər bayram günləri və həftəsonları da daxil olmaqla hər gün qəbul edilir. Tələbələr qeydiyyatdan keçmək üçün www.e-ttkf.edu.az rəsmi internet saytına müraciət edə bilərlər.

Qeyd edək ki, I semestr üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

Seçilən
13
azedu.az

1Mənbələr