AZ

SOS: “Klinikalar intriqa ocağıdır, tibb işçiləri xəstələrin həyatı ilə oynayır”

“Azərbaycanda hamı səhiyyəni pisləyir. Nigar Köçərlinin başına gələnlər də çox şeyi bizə xatırlatdı və göstərdi. Amma işin kökünü, səbəbini bilənlər danışmır, danışanlar da ora bura çevirir. Bilənlər də deyir “Heç nə demiyəcəm. Qoy ürəyim partlasın”. Problemlərin əsl səbəbini mən belə görürəm və deyirəm”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tibbi jurnalist Ramil Nəcəfli səsləndirib.

“Xəstəxanalarda məsuliyyətsizlik və baxımsızlıq. Reanimasiya xidmətində kadr çatışmazlığı. Anestezioloq və reanimatoloqlara əmək motivasiyası verilmir. Verilir ancaq necə?
Harda yaxşı anestezioloq reanimatoloq varsa TƏBİB və Səhiyyə nazirliyi tutub onları xəstəxanalara direktor, baş həkim təyin eliyib xəstələrə xidmətdən yayındırır. Yeni kadrlar da hazırlamırlar.

Olan kadrlara da yaxşı maaş verilmir.

Mən tibbi jurnalist kimi internetdə kiçik araşdırma apardım. İnkişaf etmiş ölkələrdə intensiv terapiya, reanimasiya həkimlərinə çox yüksək maaş verilir.

Azərbaycanda isə bəzi barmaqla sayılacaq qədər bu ixtisasda həkimlər yaxşı maaş alırlar. Bəli xəstəxanalarda, xüsusən TƏBİB tabeli klinikalarda bahalı avadanlıqlarla təmin olunmuş çox yüksək səviyyədə reanimasiya şöbələri yaradılıb.

Burdan səhiyyə problemlərini görən tibbi jurnalist kimi Səhiyyə Nazirliyi və TƏBİB rəhbərliyinə səslənirəm. Hörmətli Teymur müəllim, hörmətli Vüqar müəllim, xəstəxanalarda xəstə baxım xidmətinin səviyyəsini yaxşılaşdırmaq lazımdır.

Əsl problemlərin, xəstə ağırlaşmaları və ölümlərinin səbəbi məhs ordadır. Bunu səhiyyədən başı çıxan, işin içində olanlar çoxu bilir. Bu bilgi səhiyyə idarəçilərinə də yad deyil.

Hər cür təchizatı olan gözəl xəstə baxım şöbələri yaradırsınız. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Zəhmətdən keçib, ayrılan o maddi vəsaitlərlə reanimatoloq, anestezioloq kadrlar da hazırlayın. Reanimasiya həkimlərinə yüksək maaş verin. Gənc kadrları təşviq edin, həvəsləndirin.

İstər dövlət, istərsə də özəl klinikalarda bu baxımdan vəziyyət acınacaqlıdır. Azərbaycanda əməliyat edən həkimlər öz xəstəsinin keşiyini çəkir ki, xəstə sağ-salamat evinə getsin.

Fotoğraf

Klinikalar intriqa ocağına çevrilib. Birinə acıq eliyən, kin bəsləyən tibb işçiləri həkimlərin xəstələrinin həyatı ilə oynayır. Paxıllıqdan və nifrətdən bəzi cərrahların əməliyat etdikləri xəstələrə xəstə baxım xidmətində çalışanlar əziyyət verir, incidir, hətta ölüm halları da olub bu neçə ildə.

Məsuliyyətsizlik baş alıb gedir xəstə baxımı xidmətində.

Həkim kimisə əməliyat edir. Xəstə reanimasiyaya sonra isə palataya köçürülür. Hamı bir həkimi tanıyır. Xəstəni əməliyyat edəni. Məsuliyyət onun üzərində qalır. Amma o reanimasiyalarda, palatalarda baş verən məsuliyyətsizlik və oyunlardan heç kimin xəbəri yoxdur.

Bütün bunların qarşısı nə vaxt alınacaq, cənablar?

Məgər COVID-19 pandemiyası vaxtı “oksigen peredozundan” çoxlu sayda insanların tələf olması bizə dərs olmadımı? Ölkədə müalicə alan, əməliyyat olunan xəstələrə baxan reanimasiya həkimləri çatışmır. Xəstələrin taleyi ilə oynamaq yolverilməzdir. Keyfiyyətli avadanlıqlar var. Amma işlədənlər çatışmır. Xəstələrə baxım xidməti ən aşağı səviyyədədir.

Xəstəxanalarda təyin etdiyiniz mühasib menecer rəhbərlər həkimlərlə ayrılan vəsait hesabına vurulan iynə dərmanın haqq hesabını çəkir. Ara yerdə xəstələr musibətlə üzləşir
Bu arada gözümuz aydın. Beynəlxalq təşkilatın araşdırması yayıldı. Səhiyyə xidmətinin səviyyəsinə görə Azərbaycan 100 ölkədən 95 ci yerdədir”.

KONKRET.az

Seçilən
14
2
konkret.az

3Mənbələr