AZ

Zelenski Davosda ona "boynunun ardında yaxşı bir şapalaq yeri var" dedi...+VİDEO

Ukrayna prezidenti çıxışı zamanı Macarıstan Baş nazirinin "Avropanı məhv etməyə" çalışdığını və tutarlı bir şapalağa layiq olduğunu bildirib. Viktor Orban bu açıqlamaya cavab olaraq Vladimir Zelenskini "çıxılmaz vəziyyətdə olan bir adam" adlandırıb.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Viktor Orban barədə Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı danışıb.
 
Onun sözlərinə görə, Avropanı məhv etməyə çalışan qüvvələr bir gün də boşa sərf etmir və hətta Avropa Birliyi daxilində də fəaliyyət göstərirlər.
 
"Avropa pulu ilə yaşayan, Avropa maraqlarını satmağa çalışan hər bir Viktor tutarlı bir şapalağa layiqdir. Əgər o, Moskvada özünü rahat hiss edirsə, bu o demək deyil ki, Avropa paytaxtlarının kiçik Moskvalara çevrilməsinə icazə verməliyik. Rusiyanı hamımızdan nə ayırdığını xatırlamalıyıq", - deyə Zelenski bildirib.
 
O, "daxili dağıdıcı qüvvələrin fəaliyyətinə" qarşı davamlı ayıq-sayıq olmağa çağırıb.

 

Seçilən
33
2
moderator.az

3Mənbələr