AZ

Azərbaycan nefti ucuzlaşdı

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,32 ABŞ dolları və ya 1,9% azalaraq 66,63 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,37 dollar və ya 2,1%ucuzlaşaraq 64,07 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,83 dollar və ya 2,3% azalaraq, 35,28 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,65 dollar vəya 2,4% azalaraq 65,78 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
88
24
az.trend.az

10Mənbələr