Yaponiyanın baş naziri Sanae Takaiti yanvarın 23-də ölkə parlamentinin aşağı palatasını — Nümayəndələr Palatasını buraxıb. Bu addım fevralın 8-də növbədənkənar ümumi seçkilərin keçirilməsi üçün zəmin yaradıb, “Nikkei Asia” yazır.
Takaiti parlamentin aşağı palatasının növbədənkənar buraxılması barədə qərarını yanvarın 19-da elan edib. Qeyd olunur ki, Baş nazir 2024-cü il oktyabrın 27-də keçirilmiş əvvəlki seçkilərin nəticələrinə görə itirilmiş çoxluğu özünün Liberal Demokratik Partiya (LDP) üçün geri qaytarmağa ümid edir.
Xatırladaq ki, plan üzrə növbəti seçkilər yalnız 2028-ci ildə keçirilməli idi. 2025-ci ilin oktyabrından etibarən həm də parlamentin yuxarı palatasında azlıqda olan LDP hakimiyyəti sağ yönlü Yaponiya İnnovasiya Partiyası adlı koalisiya tərəfdaşı sayəsində qoruyub saxlayır.