AZ

Azərbaycan millisinin forvardına növbəti təklif Premyer Liqadan gəldi - SON DƏQİQƏ

«Sumqayıt»ın heyətin qatmağa çalışdığı yeni hücumçunun kimliyi bilinib.

«Kimyaçılar» Azərbaycan millisinin forvardı Renat Dadaşovu transfer siyahısına daxil edib.

Artıq iki tərəf arasında danışıqlar başlayıb.

Avrokuboklara iddiasını saxlayan «gənclik şəhəri» təmsilçisi ona ilyarımlıq müqavilə təklif edib. Bunun əvəzində o, 15 min dollar əməkhaqqı almaq imkanı qazanacaq.

26 yaşlı ön xətt oyunçusu hazırda “Motor”un düşərgəsindədir. Lublin təmsilçisi Dadaşov da daxil olmaqla, 3 oyunçunu transferə çıxarsa da, hələlik heç biri klubdan ayrılmayıb.

Məşqçilər korpusu da onları Türkiyədə baş tutacaq qış təlim-məşq toplanışına aparmaq qərarına gəlib.

Dadaşov onunla maraqlanan klublarla anlaşa bilməsə, o zaman yaya qədər burada qalacaq. Lakin mövsümün qalan matçlarında ona şans verilib-verilməyəcəyi qeyri-müəyyəndir.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

SPORTİNFO.AZ

Azərbaycan

Seçilən
17
1
sportinfo.az

2Mənbələr