AZ

Ermənistan silahlanma ilə sülh ritorikasını paralel aparır- QHT sədri / FOTOLAR

Ermənistan rəhbərliyinin rəsmi ritorikasına qulaq asanda "əməkdaşlıq", "mehriban qonşuluq", "sülhü qorumaq”, “kommunikasiyaların açılması”, "qarşılıqlı ticarət" və s. kimi ifadələr eşidirik. Digər tərəfdən Ermənistanın Avropa İttifaqı ilə imzaladığl “Tərəfdaşıq Gündəliyi” sənədində Qarabağı könüllü tərk etmiş ermənilər “yurdlarından didərgin düşmüş qaçqınlar” kimi təqdim edilir.

QHT.az xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbudbildirib. Onun sözlərinə görə, Ermənistan Hindistandan uçuş məsafəsi 150-500 km olan "Pralay" raketi, uçuş məsafəsi 290 km olan BrahMos", uçuş məsafəsi 40 kilometr olan "Hindistan HİMARS"ı adlandırılan “Pinaka” raketlərini alır:

"Keçmiş işğalçı qonşumuz ya silah, ya da sülh tərəfdaşlığı arasında seçim etməlidir".

Seçilən
62
qht.az

1Mənbələr