AZ

TikTok ABŞ-da yeni birgə müəssisə yaratdı

TikTok ABŞ-da yeni birgə müəssisə yaratdı

TikTok ABŞ-da "TikTok USDS Joint Venture LLC" adlı birgə müəssisə yaradıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, yeni müəssisədə "Silver Lake", "Oracle" və MGX şirkətləri hər biri 15% səhmə malikdir. "ByteDance" isə 19,9% səhm saxlayır. Digər investorlar arasında "Susquehanna", "Dragoneer", DFO və "Dell"in ailə ofisi yer alır.

Yeni şirkət ABŞ istifadəçilərinin məlumatlarını qorumaq, alqoritmlərin və proqram təminatının təhlükəsizliyini təmin etmək, həmçinin ABŞ kontent ekosistemini müdafiə etmək məqsədi daşıyır. CEO vəzifəsinə Adam Presser təyin olunub, direktorlar şurasında isə əsasən amerikalılar təmsil olunur.

TikTok ABŞ-da populyar tətbiqdir – təxminən 170 milyon amerikalı istifadə edir, bu da ölkə əhalisinin yarısına bərabərdir. "Sensor Tower"in məlumatına görə, TikTok 2021 və 2022-ci illərdə ABŞ-da ən çox yüklənən tətbiq olub.

Seçilən
14
afn.az

1Mənbələr