AZ

Orban Aİ-nin məxfi Ukrayna sənədini ifşa etdi: Növbəti 10 il ərzində…

Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin Ukraynanın 1,5 trilyon dollarlıq maliyyə tələblərini əks etdirən məxfi sənədi Aİ liderlərinə təqdim etdiyini açıqlayıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, o, sənəddə yer alan tələblərin miqyasını “atom bombasının təsiri ilə müqayisə edilə bilən” adlandırıb.

Orban bildirib ki, Kiyev Avropa Birliyindən növbəti 10 il ərzində 800 milyard dollar maliyyə vəsaiti ayırmağı tələb edir. Onun sözlərinə görə, sənəddə bu vəsaitlərin necə toplanacağı, eləcə də maliyyələşdirmə mərhələləri ətraflı şəkildə göstərilib.

Macarıstan Baş naziri qeyd edib ki, Ukrayna ilkin mərhələdə 300 milyard dollar almağı gözləyir. Sənəddə ayrıca bənddə isə eyni 10 illik dövr üçün hərbi xərclərə əlavə 700 milyard dollar tələb olunduğu bildirilir.

Seçilən
9
publika.az

1Mənbələr