Bakı. Trend:
Bu gün iqlim ilə əlaqəli problemlər qlobal miqyasda olsa da, buistiqamətdə həllər regional, innovativ və istifadəyə yönəlik olabilər.
Trend xəbərverir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz EnerjiMərkəzinin icraçı direktoru Aysel Yaqubova bu gün Bakıda keçirilənBeynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa və İƏT TEMTəmiz Enerji Hakatonu 2026 Mükafatlandırma mərasimində deyib.
Onun sözlərinə görə, UNIDO-nun qlobal davamlı enerji mərkəzlərişəbəkəsinin (GNSEC) bir hissəsi kimi, Təmiz Enerji Mərkəzininmissiyası region boyunca bərpa olunan enerjiyə keçidi və davamlısənaye inkişafını dəstəkləmək üçün bilik, texnologiya və regionaləməkdaşlığı səfərbər etməkdir.
"Bu gün iqlim və enerji ilə əlaqəli problemlər qlobal olsa da,bu istiqamətdə həllər regional, innovativ və istifadəyə yönəlik olabilər. Bu gün məhz bunu qeyd edirik. Təmiz Enerji Günü münasibətiləCECECO Təmiz Enerji Hakaton 2026-ya start verilib. Ümid edirik ki,bu, regiondan olan gənc innovatorlar üçün real enerji problemlərinihəll edən rəqəmsal və məlumat əsaslı həllər inkişaf etdirmək üçünbplatforma olacaq", - o vurğulayıb.