Əmtəə bazarlarında gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumunu yeniləyib...
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir troya unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 2,42% artaraq 98,7 ABŞ dollarına bərabər olub.
Dünya bazarlarında qızılın da qiyməti tarixi maksimumlarını yeniləməyə davam edir. Belə ki, COMEX-də qızılın bir unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,92% artaraq 4 958,64 ABŞ dolları olub. (APA)
Poliqon.info