AZ

Yeni Zelandiyada düşərgədə torpaq sürüşməsi: 2 yeniyetmə itkin düşənlər arasındadır

Yeni

Yeni Zelandiyada faciə: Maunganui dağında düşərgədə torpaq sürüşməsi. Yeni Zelandiyanın Şimal Adasında, Maunganui dağında məşhur düşərgədə baş verən torpaq sürüşməsi nəticəsində axtarış-xilasetmə işləri davam edir. Polisin məlumatına görə, Ulusum.az — RNZ və The Guardian istinadən xəbər verir ki, 6 nəfər hələ də itkin sayılır. Onların arasında iki yeniyetmə var, ən kiçiyinin isə 15 yaşı olduğu bildirilir.Hadisə yerində ola biləcək daha 3 nəfər barədə də məlumat toplanır.Torpaq sürüşməsi bölgədə günlərlə davam edən güclü yağışlardan sonra baş verib.Yaxınlıqdakı Welcome Bay ərazisində baş verən başqa bir sürüşmə nəticəsində isə bir nənə və onun nəvəsi həyatını itirib. Polis onların cəsədlərini zərər görmüş evin içində tapıb. Ölənlərdən birinin Çin vətəndaşı olduğu açıqlanıb.Baş nazir Kristofer Lukson fəlakət zonasına səfər edərək bildirib ki, icmanın göstərdiyi dəstək “ilhamvericidir” və xilasetmə xidmətlərinin işi yüksək səviyyədədir.Meteoroloqlar Tauranga və Gisborne bölgələrində yeni güclü yağış, külək və ildırım xəbərdarlığı ediblər. Sürüşmə riski hələ də qalır.Polis axtarışları 24 saat fasiləsiz davam etdirir və ictimaiyyətdən mümkün məlumatları paylaşmağı xahiş edir.R.Daşdəmirova

Diqqət Çəkənlər

Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO

Səndən istifadə etdiklərini göstərən 6 əlamət

Niderlandda muzeydən 300-dən çox gümüş eksponat OĞURLANDI

Seçilən
17
ulusum.az

1Mənbələr