
ABŞ-ın “Amerikanı yenidən böyük edək” şüarının digər ölkələrin hesabına həyata keçirməsi geosiyasi gərginliyi artıracaq.
AFN.az xəbər verir ki, bu barədə "China Daily"nin redaksiya məqaləsində vurğulanıb.
Məqalədə bildirilir ki, öz maraqlarını prioritet qoyan ABŞ geosiyasi sabitliyi təhdid edir və BMT sistemi ilə beynəlxalq hüquq çərçivəsində əldə edilmiş əməkdaşlıq nailiyyətlərini zəiflədə bilər. Qısa müddətli üstünlükləri uzunmüddətli sabitlikdən üstün tutan siyasət beynəlxalq münasibətlərin əsaslarını sarsıda, ölkələr arasında etimadı azalda və geosiyasi gərginliyi gücləndirə bilər.
“Amerikanı yenidən böyük edək” şüarı ABŞ tərəfindən digər ölkələrin hesabına həyata keçirilməməlidir" - deyə müəllif qeyd edib.