AZ

Bakıda Beynəlxalq Təmiz Enerji Günü münasibətilə tədbir keçirilir

BAKI,TurkicWorld

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şirkət qurmaq prosesi əlverişli vergi mühiti və qlobal imkanları ilə investorları cəlb etsə də, bir çox sahibkar strateji bir səhvə yol verir.

Biznesetup Marketing Management L.L.C şirkətinin təsisçisi Şahmar Kərimov TurkicWorld-a verdiyi açıqlamasında bildirib ki, ticarət lisenziyasının alınması biznesin tam fəaliyyəti üçün kifayət etmir. Bir çox iş adamının “əvvəl şirkəti qur, bank hesabını sonra açarsan” yanaşması ilə hərəkət etdiyini qeyd edən Ş.Kərimov, bunun ciddi risklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bank hesabı, rezidentlik vizası və "Emirates ID" kartı olmadan şirkət hüquqi olaraq mövcud sayılsa da, kommersiya baxımından tamamilə hərəkətsiz qalır. “Struktur düzgün qurulmadıqda ödəniş qəbul etmək, təchizatçılara pul köçürmək və dövlət xidmətlərindən yararlanmaq qeyri-mümkündür”-deyə o əlavə edib.

Şahmar Kərimov qeyd edib ki, rezidentlik statusu olmadıqda biznesə nəzarət çətinləşir və uyğunluq yoxlamaları daha sərt aparılır.

“Bu müddətdə müqavilələr gecikir, vaxt itirilir və nəticədə real biznes imkanları əldən çıxır. Sonradan strukturun düzəldilməsi isə həm maliyyə, həm də reputasiya baxımından sahibkara daha baha başa gəlir.

Regiona investisiya etməyi planlaşdıranlar üçün əsas prioritetlər dəqiq hüquqi struktur, əsas tərəfdaşlar üçün rezidentlik və tam funksional korporativ bank hesabıdır.”-deyə Kərimov əlavə edib.

Uğurlu fəaliyyət üçün təməli ilk gündən düzgün qurmağın vacib olduğunu bildirən Şahmar Kərimov şəffaf sənədləşmənin önəmini xatırladıb.

“Biznesi ayaqda saxlayan kağız üzərindəki sənədlər deyil, məhz tənzimlənən nağd pul axınıdır” deyən Ş.Kərimov, bu addımları peşəkar şəkildə həyata keçirmək və Dubayda dayanıqlı biznes qurmaq istəyən sahibkarlar üçün Biznesetup komandasının tam dəstək verməyə hazır olduğunu bildirib.

Seçilən
72
turkic.world

1Mənbələr