AZ

Davos İqtisadi Forumunda Azərbaycanın söz sahibi kimi təmsilçiliyi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan siyasətinin və iqtisadiyyatının strateji rolunun beynəlxalq səviyyədə qəbul edildiyi ən nüfuzlu platformalardan biri də Davos Forumudur. Son illər Davos Dünya İqtisadi Forumu sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərarası dialoqun, qeyri-rəsmi diplomatiyanın və strateji razılaşmaların formalaşdığı əsas qlobal məkanlardan biridir. Bu Forumda Azərbaycanın regionda yaratdığı sabitlik dövlət siyasətinin prioritet istiqamətləri yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması dünya siyasətində aparıcı rol oynayan dövlətlərlə, o cümlədən beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirakı forum çərçivəsində Azərbaycan liderinin keçirdiyi görüşlər, panel iclaslarda çıxışları, “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətini bir daha sübut edir. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü və Dünya İqtisadi Forumunun ölkəmizdə regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunu imzalaması Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Davosdakı çıxışları və görüşləri, Azərbaycanın mövqeyini və maraqlarını regional və qlobal siyasətdə mühüm aktor kimi dünya ictimaiyyətinə təqdim edir.

Bu forum özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Azərbaycan bu forumun aktiv təmsilçilərindən biridir və dövlətimizin platformada fəal iştirakı qlobal gündəmdə söz sahibi olduğunu göstərir. Cənubi Qafqazda formalaşmış yeni reallıqlar modeli ölkəmizin bir daha müstəqil xarici siyasət yürüdən, heç bir güc mərkəzindən asılı olmayan dövlət kimi sülh, əməkdaşlıq və təhlükəsizlik təşəbbüsləri dünyaya çatdırılır. Forumda Azərbaycanın söz sahibi kimi çıxışı artıq qlobal məkanda bütün diqqəti özünə çəkməklə dövlətimiz haqda müsbət rəy formalaşdırır. Bu, ölkənin uzunmüddətli strateji kursunun – güclü dövlət, açıq iqtisadiyyat və aktiv diplomatiya modelinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.

Azərbaycanın Forumda iştirakı sadəcə protokol xarakterli tədbir deyil, ölkənin qlobal gündəmdə mövqe formalaşdıran aktor kimi çıxış etdiyini nümayiş etdirən strateji platformadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibəsindəmüxbirin: “Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərinə sözünüz nədən ibarətdir?” sualına ”...Hər bir ölkəöz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələr, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu” deməsi Azərbaycanın mövqeyini beynəlxaq arenada bir daha ortaya qoyur.

Afaq Sadıqova

Bakı Dövət Universitetinin elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
sesqazeti.az

1Mənbələr