AZ

Hollandiyada muzeydən 300-dən çox eksponat OĞURLANIB

Ajans.az Omroep Gelderland telekanalına istinadən xəbər verir. Məlumata əsasən, muzeydən 300-dən çox gümüş eksponat oğurlanıb. Dəymiş ziyan on minlərlə avro dəyərində qiymətləndirilir. Hadisə 21 yanvar gecəsi baş verib. Oğrular muzey binasına iki qapını sındıraraq daxil olublar. Sərgi videomüşahidə kameraları və siqnalizasiya sistemi ilə təchiz edilmiş ayrıca bir zalda yerləşib. Muzeyin idarə heyətinin sədri Ernst Busveldin sözlərinə görə, siqnalizasiya sistemi deaktiv edilib, oğrular binaya daxil olduqdan dərhal sonra isə müşahidə kameraları sıradan çıxarılıb. Nəticədə 14 vitrin sındırılıb və bütün gümüş eksponatlar aparılıb.

Hadisədən sonra muzey müvəqqəti olaraq bağlanıb.
“Demək olar ki, heç nə qalmayıb. Yalnız müvəqqəti nümayiş etdirilən bir neçə keramika məmulatı saxlanılıb”, – deyə Busveld bildirib.

Seçilən
25
Ajans.az

1Mənbələr