Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.
Moderator.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Quba Olimpiya İdman Kompleksində "İmişli" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə "Neftçi" öz meydanında "Zirə" ilə üz-üzə gələcək. Matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVII tur
23 yanvar
14:30, "İmişli" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00, "Neftçi" - "Zirə"
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Palms Sports Arena".