AZ

Quru sərhədlər niyə açılmır? Deputatdan açıqlama

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Məlumdur ki, uzun müddətdir Azərbaycan qonşu ölkələrlə öz quru sərhədlərini bağlı saxlayır. Bunu müxtəlif səbəblərlə izah edirlər. Ancaq zamanla qonşu ölkələrdə baş verənlər bu qərarın doğruluğu ilə bağlı faktları ortaya qoyur.Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, koronavirus pandemiyasının başlanmasından sonra dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da quru sərhədlərini bağladı:“Lakin artıq pandemiyadan beş ilə yaxın müddət keçib və bir çox ölkələr pandemiyanın bitdiyini elan edərək sərhədlərini tam şəkildə açıb. Buna baxmayaraq, Azərbaycanda quru sərhədləri hələ də bağlı qalmaqdadır və bu məsələ ilə bağlı ictimaiyyətdə müxtəlif suallar yaranır, müzakirələr aparılır. Bu kontekstdə ölkə başçısı İlham Əliyev məsələ ilə bağlı aydın və qəti mövqe ortaya qoydu. Prezidentin çıxışlarında hər zaman olduğu kimi, məsələnin mahiyyəti dərindən izah edilir və dövlətin qərarlarının əsas motivləri açıq şəkildə göstərilir. Eyni zamanda vurğulanmalıdır ki, Azərbaycan heç bir qonşu dövlətin daxili işlərinə qarışmır. Lakin regionda baş verən istənilən hadisə, xüsusilə də qonşu ölkələrdəki qeyri-sabitlik, Azərbaycana da müəyyən formada təsir edə bilər. Məhz bu risklərin qabaqlanması üçün profilaktik tədbirlərin görülməsi vacibdir”.Millət vəkili əlavə edib ki, beləliklə, sərhədlərin bağlı saxlanması təkcə pandemiya ilə deyil, daha geniş təhlükəsizlik və geosiyasi mülahizələrlə bağlıdır:“Dövlətimizin bu məsələyə yanaşması həm milli maraqlara, həm də xalqın təhlükəsizliyinə əsaslanır. Ona görə də hər bir vətəndaş bu qərarı anlayışla qarşılamalı və dövlətin apardığı siyasətə dəstək verməlidir. Dövlət bir ailə kimidir – bu ailənin sabitliyi və təhlükəsizliyi hər birimizin məsuliyyətidir. Dövlətin birinci vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini və salamatlığını qorumaqdır. Bu baxımdan quru sərhədlərin açılması ilə bağlı qərarlar yalnız ictimai təzyiqlərlə və ya emosional çağırışlarla verilə bilməz. Dövlət başçısı dəfələrlə qeyd edib ki, bəzi məsələlər ictimaiyyətə görünməsə də, dövlətin əlində olan məlumatlara əsasən, daha düzgün və uzaqgörən qərarlar qəbul olunur. Bu gün ölkəmizdə sabitlik və təhlükəsizlik qorunursa, bu, məhz belə məsuliyyətli yanaşmaların nəticəsidir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr