AZ

NATO Baş katibinin müavini Milli Məclisdə

Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib.

Söhbət zamanı tərəflər arasında mövcud davamlı və məzmunlu siyasi dialoqun əhəmiyyəti vurğulanaraq bildirilib ki, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri, aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti, regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti vurğulanıb.

Görüşdə daha sonra Azərbaycanın alyansın enerji təhlükəsizliyinə verdiyi töhfə diqqətə çatdırılaraq bildirilib ki, ölkəmiz hazırda NATO üzvü olan 10 dövlətə və 2 tərəfdaş ölkəyə təbii qaz tədarük edir ki, bu da enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir.

NATO Baş katibinin müavini Radmila Şekerinska Alyansın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini və tərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyini bildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramı çərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması üzrə proses ilə bağlı təbriklərini çatdırıb.

Söhbətdə Milli Məclislə NATO Parlament Assambleyası arasında əlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

XQ

Seçilən
19
27
xalqqazeti.az

10Mənbələr