AZ

KİV: Qrenlandiya sazişi Rusiya və Çin layihələrinə qadağanı nəzərdə tutur

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən razılaşdırılmış Qrenlandiya üzrə çərçivə sazişi beş əsas komponenti əhatə edir.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Bildirilir ki, D.Tramp və M.Rütte arasında müzakirə edilən sazişdə 1951-ci ildə Vaşinqton və Kopenhagen tərəfindən imzalanmış Qrenlandiya Müdafiə Müqaviləsinin yenilənəcəyi nəzərdə tutulur. Artıq Qrenlandiyada hərbi infrastruktur qurmaq, yerləşdirmək və qoşunlara komandanlıq etmək azadlığına malik olan ABŞ öz hərbi heyəti üçün tam muxtariyyət və mütləq toxunulmazlıq əldə edəcək.

Çərçivə sazişinin digər vacib müddəaları adada NATO komandanlıq mərkəzinin yaradılması, ABŞ-nin Qrenlandiyanın mineral ehtiyatlarına çıxışı, adada Rusiya və Çin investisiyalarını, yaxud digər layihələri qadağan edən eksklüziv rejim məsələlərini əhatə edir. Nəhayət, ada satışa çıxarılarsa, ABŞ-yə Qrenlandiyanı almaq üçün üstünlük hüququ veriləcək.

Məqalədə deyilir ki, bunun müqabilində ABŞ Avropa ölkələrinə qarşı tariflərdən imtina etməyə və sazişin təfərrüatının müzakirəsinə başlamağa razılaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
oxu.az

2Mənbələr