AZ

Həkim səhərlər iştahanın olmamasının səbəblərini açıqlayıb

Bir çox insan səhər saatlarında iştahsızlıqdan şikayətlənir. Bu hal xroniki stress və orqanizmin sirkadiyen ritmlərinin pozulması ilə əlaqəli ola bilər.

Editor.az xəbər verir ki, bu barədə Atributeaute Clinic-nin qastroenteroloqu Anna Menşşikova verdiyi açıqlamada bildirib.

Həkimin sözlərinə görə, qeyri-müntəzəm həyat tərzi və yuxusuzluq iştahın azalmasına səbəb olur. Sirkadiyen ritmlərin pozulması aclıq və toxluq hissini tənzimləyən hormonların fəaliyyətinə mənfi təsir göstərir və nəticədə orqanizm səhər saatlarında aclıq siqnalları göndərmir.

“Xroniki stress, səhər tələskənliyi, narahatlıq və gərginlik simpatik sinir sistemini aktivləşdirir. Bu isə orqanizmin mübarizə rejiminə keçməsi deməkdir. Belə vəziyyətdə həzm prosesləri yavaşlayır və ya müvəqqəti dayanır, enerji isə stressə cavab verən digər proseslərə yönəlir”, – deyə Anna Menşşikova qeyd edib.

Mütəxəssis əlavə edib ki, gec saatlarda və ya çox ağır şam yeməyi də səhər iştahasının itməsinə səbəb ola bilər. Onun sözlərinə görə, davamlı şəkildə səhər yeməyindən imtina etmək öd daşlarının yaranması, mədə yanması, aclıq sancıları, köp və günün sonrakı saatlarında həddindən artıq qidalanma riskini artıra bilər.

Həkim səhər iştahasını bərpa etmək üçün bir sıra tövsiyələr də verib. Belə ki, yatmazdan 3–4 saat əvvəl yüngül şam yeməyi yemək səhər iştahasının yaranmasına kömək edir. Səhər saatlarında dərhal ağır səhər yeməyi yemək tövsiyə olunmur, kiçik qəlyanaltı kifayətdir, çünki əsas iştah adətən 20–30 dəqiqə ərzində formalaşır.

“Rahat və sakit bir səhər ritualı yaradın. Elektron cihazlardan uzaq, tələsmədən 10–15 dəqiqə ərzində yemək yeməyə vaxt ayırın. Stress altında qəbul edilən qida orqanizm üçün faydasız olur”, – deyə həkim fikrini yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
121
editor.az

1Mənbələr