Yazını böyüt
Yazını kiçilt
Qazax Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.
Hafta.az xəbər verir ki, aksiya Qazax Rayon İcra Hakimiyyətinin, rayon mərkəzi xəstəxanasının və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri aksiyada könüllü iştirak ediblər.
Aksiya zamanı 104 nəfərdən qan götürülüb.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.