AZ

“Çempionlar Liqası Kamilo Duranın çıxışını müzakirə edir” – Ertem Şener

“Qarabağ”ın heyətində meydanda sadəcə bir futbolçu yox, əsl ulduz var idi – Kamilo Duran”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri türkiyəli şərhçi Ertem Şener sosial şəbəkə hesabında yazıb. O, daha sonra belə davam edib:

Ağdam təmsilçisinin “Ayntraxt”a qarşı keçirdiyi oyunda möhtəşəm qollar vuran və nümayiş etdirdiyi oyun ruhu ilə seçilən kolumbiyalı hücumçu görüşün ən yaxşı futbolçusu adına layiq görülüb.

Hazırda Avropa futbol ictimaiyyəti və Çempionlar Liqası Kamilo Duranın çıxışını müzakirə edir. Kolumbiyalı qolçu performansı ilə diqqətləri üzərinə çəkərək gecənin əsas qəhrəmanına çevrilib”.

Seçilən
17
idmanxeber.az

1Mənbələr