Ağcəbədi Rayon İcra Hakimiyyətinin qış aylarında Ergi düzündə olan fermerləri öz torpaqlarından çıxarması, bölgənin kənd təsərrüfatı sektorunda ciddi narahatlığa səbəb olub. Bölgədə yaşayan və fəaliyyət göstərən fermerlər, xüsusən Hacıyev Əhliyyət Mərkəz oğlu, bu müstəvidə cəmiyyətdə artan narazılıq və qeyri-müəyyənliklərlə qarşılaşmaqdadırlar.
Əhliyyət Hacıyev Redaksiya-ya müraciət edərək ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan yardım istədiyini bildirib.
O, fermerlərin bu çətin dövrdə üzləşdiyi problemləri ictimailəşdirmək və cəmiyyətin bu məsələyə diqqətini çəkmək məqsədilə müvafiq məlumatların yayılmasının vacib olduğunu vurğulayıb.
“Biz kənd təsərrüfatı əməkçiləri olaraq, torpaqlarımızdan ayrı düşmək istəmirik. İllərdir bu torpaqlarda əkib-biçib ve heyvandarlıqla məşğul olub dövlətə fayda vermişik. Bu torpaqlar, bizlər üçün yalnız iqtisadi gəlir deyil, eyni zamanda varlığımızın əsasıdır, bizim fəaliyyətimiz, eyni zamanda sağlam və təhlükəsiz qida probleminə böyük faydadır” – deyə Hacıyev açıqlayıb.
Onun sözlərinə görə, fermerlərin əkin sahələrinin bu cür zorla əllərindən alınması, bölgədə kənd təsərrüfatının inkişafını da ciddi şəkildə təhdid edir. Hacıyev, həmçinin, ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağıraraq, yerli mediaya bu problemin geniş şəkildə işıqlandırılması üçün yardım edilməsi ilə bağlı müraciət edib.
Bütün bu problemlərlə bağlı Hacıyev, azad və ədalətli mühitin və insanların hüquqlarının qorunmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Ölkə rəhbərliyinin diqqətini cəlb edən bu müraciət, bölgədəki sahələrdəki deyil, eyni zamanda ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər.
Bu, yalnız bir kəndin və ya bir fermerin deyil, bütün Azərbaycanın kənd təsərrüfatı üçün zərərli bir addımdır.
Mövzu ilə bağlı Ağcəbədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Rayon İcra Hakimiyyəti problemlən məlumatı olsa da sorğumuza cavab vermədi.
Mövzunu gündəmdə saxlayacağıq…


